
- – Normadan çox qida qəbulu;
- – Xüsusən işləyən pasientlərdə təbii qidalar əvəzinə hazır, şəkərli, “fast food” tipli, enerji dəyəri yüksək qidalara meyillik;
- – Aclıq hissi olmadan belə qida qəbulu;
- – Axşam evə gəldikdən sonra yemək zamanına qədər az miqdarda “atışdırmaq” və sonra təkrar yemək;
- – Sürətli yemək, böyük loxmalar almaq, az çeynəmək;
- – Öyün adlatmaq və ya öyün aralarında davamlı bir şeylər yemək;
- – Yemək yeyərkən başqa işlərlə məşğul olmaq (davamlı söhbət etmək, TV seyr etmək, oxumaq və s., hansı ki, bunlar yemə prosesini uzadacaq;
- – Uzun müddət süfrədə qalmaq;
- – Sıxıntılı, stressli zamanlarda davamlı yemək;
- – Ziyafət və dəvətlərə tez-tez qatılmaq;
- – Axşam yeməyindən sonra yatıncaya qədar davamlı yemək, yüksək kalorili çərəz, ləbləbi, şirin meyvə və şirələr, şirin sular və s. davamlı qəbul etmək;
- – Gecə yuxudan durub yemək yemək;
- – Su içməmək və ya az içmək, su əvəzinə enerjili içkilər istifadə etmək və s.

