Diabetin yaranma səbəbi nədir?

Şəkərli diabet (şəkər xəstəliyi) insulin hormonunun mütləq və ya nisbi çatışmazlığı və ya təsirsizliyi nəticəsində əmələ gələn, qan şəkərinin yüksəlməsi nəticəsində bütün növ mübadilə…

İnsulin orqanizmdə mədəaltı vəzi (pankreas) vasitəsilə ifraz olunan hormondur. O, qanda qlükozanın (şəkərin) miqdarını tənzimləyən yeganə hormondur. İnsulin olmasa, bədənimiz qəbul etdiyimiz qidaları istədiyimiz kimi istifadə edə bilməz. Əgər insulin hormonu heç ifraz olunmursa, bu artıq Tip 1 diabet (insulindən asılı diabet) deməkdir. Əsasən uşaq və ya gənc yaşlarda təsadüf edilir.

Əgər insulin hormonu ifraz edilirsə, amma miqdarı azdırsa və ya toxumalarda insulinə qarşı rezistentlik (müqavimət) varsa, bu hal Tip 2 diabet (insulindən asılı olmayan diabet) adlanır. Əsasən 35 yaşdan sonra təsadüf edilir. Tip 1 diabetli xəstələr ömür boyu insulin istifadə etmək məcburiyyətində qalırlar. Tip 2 diabetli xəstələr isə pəhriz, idman və şəkərendirici dərmanlarla müalicə edilə bilər. Lazım olarsa, xəstəliyin sonrakı mərhələlərində insulin də istifadə edilə bilər.

Diabetin əlamətləri

Susuzluq hissi və ağız quruması, tez-tez sidiyə çıxma, yorğunluq, halsızlıq hissi, iştahanın artması, səbəbi bilinməyən çəki itkisi, bulanıq görmə, yaraların gec sağalması, ayaqlarda ağırlıq, keyimə hissi, seksual sferada bəzi problemlərin olması və s. Bundan başqa şəkərli diabet özünü heç cür büruzə verməyə bilər, bəzən isə təsadüfi müayinələr zamanı aşkar edilər. 1-ci tip diabetli xəstələrdə bu əlamətlər birdən-birə özünü göstərə və şiddətli ola bilər. Hətta bəzən pasiyentlər komaya düşə və xəstəlikləri ancaq bundan sonra aşkar oluna bilər. 2-ci tip diabetdə isə xəstəlik başlanğıcda zəif inkiaşf etdiyindən xəstələrin şikayətləri də daha az olur. Buna görə də 2-ci tip diabetin diaqnozu müqqayisədə daha gec qoyulur. Gizli diabeti və ya pozulmuş qlükoza tolerantlığı olan insanlarda yeməkdən qabaq əsmə, tərləmə, ürəkdöyünmə kimi şikayətlər də ola bilər.

Diabetin yaranma səbəbi nədir?

Diabetin əsas səbəbləri aşağıdakılardır:

Mədəaltı vəzinin yetərincə insulin istehsal etməməsi;

İrsi faktorlar;

Xarici faktorlar (qidalanmanın pozulması, yaşlanma, dərman pereparatları, stress, azhərəkətlilik və s.)

Tip 1 diabet bu xəstəliyə irsi meylliliyi olan şəxslərdə bədəni viruslara və bakteriyalara qarşı qoruyan təbii immun sisteminin mədəaltı vəzdə insulin istehsal edən heceyrələri məhv etməyə başlaması ilə əmələ gəlir. Buna nəyin səbəb olduğu hələ tam olaraq bilinmir. Bəzi xarici faktorlar da (fiziki və ya kimyəvi) diabetə səbəb ola bilər.

Gündəlik fəaliyyətimizi yerinə yetirə bilmək üçün bədənimizin “qlükoza” adlanan şəkərə ehtiyacı var. Qlükoza bədənimizə karbohidratlı qidalar vasitəsilə qəbul edilir və həzm sistemində sorularaq qana qarışır. Qandaki qlükozanın enerji kimi istifadə edilməsi üçün o, hüceyrələrə daxil olmalıdır. Qlükozanı hüceyrəyə isə ancaq mədəaltı vəzidə ifraz olunan insulin hormonu sala bilər.

Hüceyrəyə daxil olan qlükoza enerji əldə etmək üçün istifadə edilir. Diabeti olmayan şəxslərin orqanizmi lazımi qədər insulin ifraz etdiyi üçün qanda şəkəri lazımı səviyyədə saxlaya bilir. Bunu necə etməsinə nəzər salaq: Qan şəkərinin səviyyəsi yeməklərdən sonra yüksəlir. Qanda şəkərin səviyyəsi yüksəldikcə insulin ifraz olunur. İnsulin “açar” rolunu oynayaraq hüceyrələrin “qapılarını açır” və şəkərin hüceyrəyə daxil olmasını təmin edir. Beləliklə, qanda şəkərin səviyyəsi normal səviyyələrə (70-140 mq/dl) çatır.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Prolaktin

Prolaktin hormonunun hamiləliklə nə kimi əlaqəsi vardır?

Prolaktin hormonu, hipofiz bezinin ön lobunda istehsal olunan və əsasən süd istehsalını tənzimləyən bir hormondur. Hamiləlik dövründə prolaktin səviyyələri…

Oxu
Prolaktin

Prolaktin hormonu nədir?

Prolaktin, hipofiz vezinin ön payında (adenohipofiz) laktotrop hüceyrələri tərəfindən istehsal olunan və əsasən süd vəzilərinin inkişafı və süd istehsalını…

Oxu