
Piylənmənin endokrin formalarına əsasən hipofizar və adipozogenital piylənmələr aiddir ki, bu zaman piy adətən, döş qəfəsi, bud əzələsi, sağrı əzələləri və qarnın aşağı hissəsində toplanmış olur. Bu xəstələr fiziki inkişafdan geri qalır-infatilizim meydana çıxır, cinsi orqanların inkişafdan qalması və kişilərdə evnuxoidizm əlamətləri, yəni qasıq və qoltuqaltı nahiyələrdə tüklərin olmaması xarakterik əlamətlərdəndir. Hipofizar patologiya və sindromlar mütləq araşdırılmalıdır. Xüsusən hipofizin ön payının adenoması- Kuşing sindromu ağıla gəlməli, diqqətli araşdırılmalıdır.Kuşing sindromu zamanı piy üzdə (ayabənzər üz əmələ gəlir), boyunda, ənsə nahiyəsində, qarında, döş qəfəsi nahiyəsi və beldə toplanır, ətraflar isə arıqlayır. Sağrı, boyun və süd vəziləri nahiyəsində bənövşəyi rəngdə striyalar (çatlaq və xətlər) görünür ki, bu da dəridə kollagen sintezinin azalması və s. proseslərlə əlaqədar meydana çıxır. Əlavə olaraq, bu xəstələrdə hipertoniya müşahidə olunur, bəzən isə şəkərli diabet xəstəliyi də meydana çıxa bilər.

