
Böyrəküstü vəzin xəstəlikləri tireoid və endokrin pankreas (mədəaltı vəzi) xəstəliklərinə nisbətən az rast gəlinsə də, daha şiddətli olub, mütləq şəkildə müalicə tələb edir. Vəzin xəstəlikləri adətən hormon çatışmazlığı və ya artıqlığı yaradan adenomlara əlaqəli olaraq qarşımıza çıxır. Adətən vəzin beyin maddəsinin hipofunksiyası olmur. Ona görə ki, digər toxuma və orqanlardakı (məsələn, dalaqda, qaraciyərdə, simpatik sinir sistemində, aortada) spesifik hüceyrələr bu hormonları sintez edərək bu patoloji halı aradan qaldırırlar. Qabıq maddə hormonlarının çatışmazlığı isə həm hipofiz vəzin hipofunksiyası ilə, həm də vəzin özü ilə əlaqəli olaraq meydana gəlir. Aldosteron çatışmazlığından daha çox qlükokortikoid adlandırdığımız başda kortizol çatışmazlığı səbəbindən yaranan Addison xəstəliyi endokrinoloqların tez-tez qarşılaşdığı xəstəliklərdəndir.

