Prolaktinoma xəstəliyinin diaqnozu əslində çox sadədir. Xəstədən bəsit şəkildə prolaktin səviyyəsini ölçmək üçün qan nümunəsinin götürülməsi kifayət etməkdədir. Normalda qadınlarda 5-25 ng/ml-ə qədər, kişilərdə isə 15-16 ng/ml-ə qədər prolaktin səviyyəsi normal olaraq qəbul edilməkdədir. Bəzən xəstənin qəbul etdiyi dərman preparatları, hamiləlik varlığı, fiziki və emosional stress prolaktin səviyyəsini yüksəldə bilər. Məmə ucunun styimulyasiyası da udulmamalıdır. 100 ng/ml-ə qədər olan prolaktin səviyyələri mütləq alt səbəbləri araşdırmağı tələb edir. Məsələn xəstə hansısa antidepressant preparat və ya fitoterapiya ilə məşğuldursa bu zaman 3 gün müddətində dərmanın dayandırılması və prolaktin səviyyəsinin təkrar ölçülməsi bizə həqiqəti göstərəcəkdir. 100 ng-dan yüksək olan dəyərlər isə bir hipofiz mənşəli adenoma, törəmə olduğuna işarə edir və mütləq xəstənin hipofiz nahiyəsinin kontraslı MRT-maqnit rezonans tomoqrafiyasını tələb edir. Biz adenomun makro yoxsa mikro olmağını ancaq bununla bilə bilərik. 1 sm-dən kiçik adenomlara mikroadenom, 1 sm-dən böyük düyünlərə isə makroadenom və yaxud da makroprolaktinoma deyirik. Xəstələrdə yanaşı olaraq görmə sahəsinin müayinəsi, görmə sahəsinin yoxlanılması bütün prolaktinomalı xəstələrdə araşdırılmalıdır. Prolaktinoma xəstəliyinə qadınlarda kişilərə nisbətən 10 dəfə artıq rast gəlinir.