Prolaktin hormonunun yüksəlməsi bir sıra fəsadlara səbəb ola bilər. Bunlardan ən başlıcası cinsi funksiya ilə əlaqədar olan problemlərdir. Qadınlarda prolaktin yüksəkliyinə bağlı olaraq menustural tsikldə olan pozğunluq, azalma, daha sonra kəsilmə prolaktin hormonunun cinsi hormonlara olan bir basqılayıcı, supressiya edici təsiri ilə əlaqədardır. Yüksəlmiş prolaktin dəyərləri 100 ng/ml-i keçərsə istər qadınlarda, istər kişilərdə cinsi hormonlarda azalma başlayır. Bu zaman xəstələr menstruasiya pozğunluğu, sonsuzluq şikayətləri ilə həkimə baş vururlar və araşdırma zamanı prolaktin yüksəkliyi, hiperprolaktinemik bir vəziyyət olduğu ortaya çıxır. Prolaktin hormonunun yüksəlməsi cinsi fəaliyyətin aşağı düşməsi, cinsi istəksizlik, kişilərdə bəzən ginekomastiya, qadındöşlülük, qadınlardakı kimi süd vəzilərinin böyüməsi, eyni zamanda testesteronun az olmasına bağlı olaraq sümüklərdə bir kövrəlmə – osteoporoz xəstəliyini ortaya çıxarır. Qadınlarda daha çox rast gəlinən qalaktoreya dediyimiz süd vəzisindən süd gəlmə ən başda gələn şikayətlərdən biridir. Amma prolaktin hormonunun yüksəlməsi ilə yanaşı qadında yetəri qədər qadın hormonu, yəni esterogen olmazsa o zaman qalaktoreya olmaya da bilər. Hipofiz vəzində olan prolaktinomalar adətən kiçik ölçülü düyünlər sayılmaqdadır. Amma bəzi hallarda böyümüş düyün görmə sahəsində daralma, göz şikayətləri və baş ağrılarının yaranmağına səbəb ola bilər. Qadınlarda daha çox aybaşı pozğunluğu, sonsuzluq, süd vəzilərindən süd gəlməsi, kütlə effektinə bağlı olaraq baş ağrıları və bu kimi şikayətlərə səbəb ola bilər. Kişilərdə də həmçinin cinsi sferada olan şikayətlər, eyni zamanda hər iki cinsdə osteoporoz, sümük əriməsi irəli zamanlarda baş verə bilər.