Prolaktin hormonu süd hormonudur, südvermədə və süd vəzilərinin inkişafında böyük rolu var. Kişilərdə tam bilinən bir vəzifəsi olmasa da, sperma hərəkəti və fəaliyyətində əhəmiyyətini önə çıxaran bir sıra çalışmalar və yazılar vardır. Prolaktin hormonu südvermədən məsul bir hormondur. Hipofiz vəzində istehsal olunan bu hormonun əsas vəzifəsi, qadınlarda hamiləlikdən sonrakı dövrdə uşağa süd verməsini təmin etməkdir. Prolaktin hormonu az və ya çox miqdarda qadınlarda və kişilərdə vardır. Bəlli bir miqdarda olduqda, fizioloji olaraq hamiləlik və süd əmizdirmə dövründə yüksəlməsi südverməni təmin edər. Amma istənilməyən durumlarda prolaktin hormonunun yüksəlməsi müəyyən xəstəliklərə səbəb olmaqdadır. Hazırki günümüzdə prolaktin südvermə hormonu olaraq bilinməkdədir. Süd vəzilərinin inkişafı, formalaşmağında və süd əmizdirmədə bir məsul hormon olaraq bilinməkdədir. Normada hipotalamusdan gələn dopamin adlı maddənin təsiri ilə inhibisiya, supressiya olunan bir hormondur. Prolaktin hipofiz vəzdən avtonom sekresiya olunmaqdadır. Davamlı olaraq beyindən gələn, hipofiz sapı vasitəsilə dopamin ilə basqılanmaqdadır, inhibisiya olunmaqdadır. Doğumdan sonra, ciddi qanitirmə keçirən qadınlarda bu ilk dəfə Şixan alim tərəfindən, həkim tərəfindən təsvir olunan bir Şixan sindromu deyilən bir hal var ki, bu zaman xəstələrdə hipofiz vəzində bir nekroz başlayır. Prolaktin istehsal edən hüceyrələr məhv olur, həmin xəstədə prolaktin çox aşağı olur və bu qadınlar adət görə bilmirlər, menstruasiya olmurlar və uşaqlarına süd verə bilmirlər. Bu Şixan sindromu, prolaktin hormonunun funksiyasının, rolunun önəmini ortaya qoyur.